...

Pentaqondan Qrenlandiya ilə bağlı cavab

Dünya xəbərləri Materials 9 Yanvar 2025 09:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 20-də prezident vəzifəsinə gələcək Donald Trampın bəyanatları fonunda Qrenlandiyanın ABŞ-yə ilhaq etmək arzuları ilə bağlı planları Pentaqona məlum deyil.

Trend xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqh bildirib.

“Mən, əlbəttə ki, (ABŞ-nin Qrenlandiyanı zəbt etməsinin mümkünlüyü ilə bağlı) hipotetik vəziyyəti şərh etmək niyyətində deyiləm. Düşünürəm ki, bu yeni administrasiyanın işidir”, - Pentaqonun rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib.

Sinqh həmçinin onu da əlavə edib ki, Trampın səsləndirdiyi məsələni “real problem” hesab etmir.

Qeyd edək ki, bir müddət öncə ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kanada və Qrenlandiyanı ABŞ-yə ilhaq etmək arzuları barədə bəyanatlar səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti