Bakı. Trend:
Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 6,1 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 740,7 milyon ABŞ dolları və ya 10,73% azdır.
Xatırladaq ki, 2023-cü ildə ARDNF yataqlar blokunun işlənməsindən 6,9 milyard ABŞ dolları məbləğində gəlir əldə etmişdi.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.