...

Naxçıvan GES-də ötən il nə qədər elektrik enerjisi istehsal edilib? (ÖZƏL)

İqtisadiyyat Materials 8 Yanvar 2025 17:14 (UTC +04:00)
Naxçıvan GES-də ötən il nə qədər elektrik enerjisi istehsal edilib? (ÖZƏL)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan günəş elektrik stansiyasında ötən il 32.793 min kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.

Bildirilib ki, stansiyada il ərzində 33 milyon kVt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Babək rayonu ərazisində 20 meqavatt güclü Naxçıvan günəş elektrik sttansiyasının tikintisi haqqında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti ilə Belçika Krallığının “Soltech” şirkəti arasında 7 fevral 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən tikinti-quraşdırma işləri həyata keçirilib. 2015-ci iln 30 noyabında istismara verilən 20 MVt gücündə günəş elektrik stansiyasının layihə gücü 2017-ci ilin sentyabr ayının 8-də daha 2 MVt artırılaraq, 22 MVt-a çatdırılıb.

Muxtar Respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Muxtar respublika ərazisində günəşli saatların orta illik miqdarının 2600-2800 saat təşkil etməsi günəş elektrik stansiyasının Naxçıvanın enerji təhlükəsizliyinə mühüm bir töhfə olacağına zəmanət verib. Naxçıvanda hər kvadratmetrə düşən günəş enerjisinin intensivliyi 0,8-1,2 kVt-saata bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti