Bakı. Trend:
Araz Su Elektrik Stansiyasında ötən il nə qədər elektrik enerjisi istehsal edildiyi məlum olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib.
Qeyd edilib ki, ötən il stansiyada istehsal edilən enerjinin 65.705 min KVt/saat olub.
Qeyd edək ki, Araz Su Elektrik Stansiyası respublikanın ikinci ən böyük çayı olan Araz çayının üzərində, onun sol qolu olan Naxçıvan çayının töküldüyü yerdən 5 km aşağıda Azərbaycan-İran sərhəddində yerləşir.
Layihə gücü 22 meqavatt olan stansiya 03 oktyabr 1971-ci ildə zəmanət istifadəsinə, 1973-cü ildən isə tam istifadəyə verilib. Stansiyada il ərzində 86,7 milyon kilovatt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. Stansiya uzun illər əhalinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. İstifadə edilən suya görə stansiya orta təzyiqli, konstruksiyasına görə isə qapalı tipli stansiyalara aid edilir.