Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 35/10 kilovoltluq "Quşçuluq" yarımstansiyasından qidalanan 35 kilovoltluq hava elektrik verilişi xətti elektrik dirəklərinin yerinin dəyişdirilməsi səbəbindən sifarişə əsasən açılacaq.
Bildirilib ki, bununla əlaqədar Babək şəhərində 09.01.2025-ci il tarixində saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.