...

Dövlət – özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib

İqtisadiyyat Materials 8 Yanvar 2025 13:31 (UTC +04:00)
Dövlət – özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri dövlət − özəl sektor tərəfdaşlığının və “yaşıl” iqtisadiyyatın dəstəklənməsi məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bütövlükdə, dövlət - özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərlə bağlı zəruri infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrasına investisiyaların cəlb edilməsi məqsədilə vergi azadolmaları tətbiq olunur.

Belə ki, dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər verilir.

Qeyd olunan istiqamətlərdə vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin bir qədər də təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət – özəl sektor tərəfdaşlığının və dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti