Bakı. Trend:
Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır.
Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova 2025/2026-cı tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərin artırılması bizim üçün prioritetdir və bu məsələyə baxılır.