...

"Bakı Fond Birjası"nın dövriyyəsi artıb

İqtisadiyyat Materials 8 Yanvar 2025 20:40 (UTC +04:00)
"Bakı Fond Birjası"nın dövriyyəsi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) ötən il boyu qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 71,1 milyard manat təşkil edib.

Trend-in BFB-yə istinadən məlumatına görə, bu göstərici 2023-cü illə müqayisədə 2,6 dəfə çoxdur.

Hesabat dövründə BFB-nin dövriyyəsinin 60,9 milyard manatı repo əməliyyatlarının payına düşüb ki, bu da illik müqayisədə 3,5 dəfə çoxdur.

Dövlət qiymətli kağızları üzrə ticarət həcmi isə 5,9 milyard manata bərabər olub. Bu, 2023-cü illə müqayisədə 30,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti