...

Naxçıvanda büdcə daxilolmaları artıb

İqtisadiyyat Materials 8 Yanvar 2025 14:41 (UTC +04:00)
Naxçıvanda büdcə daxilolmaları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib.

Bu barədə Trend-ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır.

2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya 72,6 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti