...

AMEA-nın bu institutunun binasının əsaslı təmirinə ayrılan məbləğ məlum olub

İqtisadiyyat Materials 8 Yanvar 2025 12:02 (UTC +04:00)
AMEA-nın bu institutunun binasının əsaslı təmirinə ayrılan məbləğ məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun binasında əsaslı və cari təmir işləri aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, təmir işləri institutun köməkçi binasında, laboratoriya otaqlarında, eləcə də I və III korpusları birləşdirən otağda həyata keçiriləcək.

Artıq bununla bağlı institut hazırlıq işlərini yekunlaşdırıb.

İnstitut sözügedən işlərin icrasını “Tələt” firmasına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, institutun binasında aparılacaq əsaslı və cari təmir işləri 171,7 min manata başa gələcək.

Qeyd edək ki, təmir işlərini icra edəcək “Tələt” firması 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rüstəmov Rafiq Mehman oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti