Bakı. Trend:
Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Ondan 3 ədəd patron və gizlətdiyi yerdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Qeybullayev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.