Bakı. Trend:
"Galt and Taggart" Səhmdar Cəmiyyətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1040 Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov (Bakixanov qəs.) küçəsi, ev 11 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Galt and Taggart" Səhmdar Cəmiyyəti 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Qurbanov Orxan Ələddin oğludur.