...

Afrikada saxlanılmış gəmilər bizə məxsus deyil - ASCO

Cəmiyyət Materials 8 Yanvar 2025 09:56 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) aid deyil.

Trend xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev şəxsi "Facebook" səhifəsində yazıb.

Bildirilir ki, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır.

"Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır", - deyə qeyd edilib.

Xatırladaq ki, daha öncə yayılan məlumatlara görə, Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti