Bakı. Trend
İtaliyanın Belkastro adlı kəndində kuryoz bir qərar qəbul olunub. Yerli administrasiya sakinlərin ciddi xəstələnməsini qadağan edib.
Trend xəbər verir ki, bu barədə BBC yerli mer Antonio Torçianın verdiyi fərmana istinadən məlumat yayıb.
Məlumata görə, yerli sakinlərə təcili tibbi yardıma müraciət etmək zərurəti yarada biləcək hər hansı xəstəliklərə tutulmamaları əmr olunur.
Qeyd edək ki, Belkastro İtaliyanın ən yoxsul əyalətlərindən sayılan Kalabrianın inzibati ərazisində yerləşir.