Bakı. Trend:
Hər 10 danimarkalıdan 9-u Qrenlandiyanın ABŞ-nin tərkibinə daxil edilməsinə qarşı çıxır.
Trend xəbər verir ki, bu məsələ ilə bağlı “Voxmeter” sosioloji institutunun Danimarkada keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 89,2 faizi belə bir təşəbbüsə “yox” cavabını verib.
Sorğu iştirakçılarının 4.5 faizi isə Danimarkanın nəzarətində olan iri adanın ABŞ-nin növbəti bir ştatına çevrilməsi ideyasını dəstəkləyib. Respondentlərin 6.3 faizi bu suala cavab verməkdə çətinlik çəkib.
Sorğuda ümumilikdə yaşı 18-dən yuxarı olan 1065 nəfər iştirak edib.
Qeyd edilirt ki, bundan əvvəl Danimarka krallığının baş naziri Mette Frederiksen Trampın bu ideyasının “absurd” olduğunu dilə gətirmiş və nəticədə gələcək Ağ Ev rəhbərinin Danimarkaya planlaşdırılmış səfəri təxirə salınmışdı.
Xatırladaq ki, daha öncə Donald Tramp Qrenlandiyanı ABŞ-nin tərkibinə daxil etmək arzusunu dilə gətirmişdi.