...

BƏƏ Rusiyanın bu şəhərlərinə aviareysləri bərpa etmədi

Dünya xəbərləri Materials 8 Yanvar 2025 14:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Flydubai" Soçi və Minvoda (Mineralniye Vodı) hava reyslərinin təxirə salınması müddətini yanvarın 22-ə qədər uzadıb.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin rəsmisi “İnterfaks”a məlumat verib.

““Flydubai” hava yolları şirkətinin Dubay ilə Mineralnıye Vodı və Soçi aerportları arasındakı beynəlxalq uçuşları texniki səbəblərə görə yanvarın 22-ə qədər müvəqqəti olaraq dayandırılıb”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, “Flydubai” bundan əvvəl Aktau yaxınlığında baş vermiş aviaqəza fonunda Mineralnıye Vodı və Soçiyə olan hava reyslərini müvafiq olaraq yanvarın 2-ə və 3-ə qədər təxirə salmışdı. Ardınca bu müddət müvafiq olaraq 9 və 8 yanvar tarixlərinə qədər uzadılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti