...

"VIGINUM" təşkilatımızın işinə kölgə salmağa çalışıb - Bakı Təşəbbüs Qrupu

Cəmiyyət Materials 8 Yanvar 2025 15:06 (UTC +04:00)
"VIGINUM" təşkilatımızın işinə kölgə salmağa çalışıb - Bakı Təşəbbüs Qrupu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" təşkilatımızın işinə kölgə salmağa çalışıb.

Trend xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakı Təşəbbüs Qrupunun (BTQ) Fransanın Milli Təhlükəsizlik və Müdafiə Baş Departamenti - "VIGINUM" tərəfindən 2024-cü ilin dekabr ayında dərc olunan hesabatda əksini tapan əsassız iddialara cavab məqsədilə keçirdiyi brifinqdə deyib.

"Fransa iddia edib ki, Yeni Kaledoniyada etirazlar zamanı BTQ-nin yaydığı videolar saxtadır. Fransanın saxta adlandırdığı videolar bizə oradakı dostlarımız tərəfindən göndərilib. Fransa həmin ərazidə interneti məhdudlaşdırıb, sosial mediayaya qadağa qoymuşdu. Lakin biz bu qadağalara qədər artıq videoları əldə etmişdik”, - deyə o bildirib.

Onun sözlərinə görə, hesabatda Fransa tərəfi iddia edir ki, Yeni Kaledoniyada etirazlar zamanı biz saxta şəkil və videolardan istifadə etməklə fransızdilli auditoriyanı manipulyasiya etmişik.

"Sizə bir sirri açmaq istəyirəm və bunu ilk dəfə səsləndirirəm. Fransa tərəfinin saxta adlandırdığı həmin video və şəkillər Yeni Kaledoniyadakı dostlarımız tərəfindən bizə canlı-canlı göndərilmişdir. Şəkil və videolar tam original idi və hadisə yerindən birbaşa çəkilərək bizə yollanılmışdır. Fransa hökuməti Kanak xalqına qarşı qətllər və kütləvi həbslər həyata keçirirdi və istəmirdi ki, bu vəhşilikləri dünya ictimaiyyəti görsün. Bilirsiz ki, Fransa tərəfi sonradan interneti belə məhdudlaşdırmış, bir sıra sosial şəbəkə platformalarını bloklamışdır. Lakin, bunları edənə qədər artıq bizdə Fransa hüquq-mühafizə orqanlarının törətdiyi qeyri-qanuni əməlləri sübut edən şəkillər və videolar var idi. Fransa xüsusi xidmət orqanları BTQ-ə hətta salam verən şəxslərin əksəriyyətini istintaqa cəlb eləmiş, qeyri-qanuni həbslər həyata keçirmişdir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti