Bakı. Trend:
ABŞ Maliyyə Nazirliyi müsadirə edilmiş 50 milyon dollar məbləğində aktivləri Danimarkanın "Danske Bank" bankına qarşı həyata keçirilən çirkli pulların yuyulması ilə bağlı istintaqa kömək üçün Estoniya hakimiyyət orqanlarına köçürmək qərarına gəlib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.
Estoniya hakimiyyət orqanları bu vəsaitləri maliyyə və transsərhəd cinayətlərlə mübarizə, eləcə də oğurlanmış digər aktivlərin bərpası üçün istifadə etməyi öhdəsinə götürüb.
2022-ci ilin dekabrında "Danske Bank" bankı Estoniya filialının müştəriləri ilə ABŞ banklarını və tənzimləyicilərini aldatmaq və ABŞ maliyyə sisteminə giriş əldə etmək üçün sui-qəsddə əlbir olmaqda olduğunu etiraf etdi. Bank 2,06 milyard dolları müsadirə etməyə razılaşıb.