...

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub

Siyasət Materials 8 Yanvar 2025 08:08 (UTC +04:00)
Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub.

Trend xəbər verir ki, bu barədə məlumat "Resmi Gazete"də yayılıb.

Məlumata əsasən, kibertəhlükəsizlik İdarəsi kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə siyasətləri, strategiyaları və hədəfləri müəyyən edəcək, fəaliyyət planları hazırlayacaq, qanunvericilik araşdırmaları aparacaq, müvafiq fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək, kibertəhlükəsizliklə bağlı maarifləndirmə, təlim tədbirlərini həyata keçirəcək, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyini dəstəkləyən layihələri həyata keçirəcək və bu sahədə dövlət, özəl sektor və universitetlər arasında əməkdaşlığın artırılması istiqamətində fəaliyyət göstərəcək.

İdarənin baş ofisi Ankarada yerləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti