...

Arpaçay-1 SES-in 5 ildə istehsal etdiyi elektrik enerjisinin həcmi AÇIQLANIB

Yaşıl iqtisadiyyat Materials 9 Yanvar 2025 10:36 (UTC +04:00)
Arpaçay-1 SES-in 5 ildə istehsal etdiyi elektrik enerjisinin həcmi AÇIQLANIB
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Arpaçay-1 Su Elektrik Stansiyasının son 5 ildə istehsal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb.

Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiq olaraq 41.069, 33.198, 25. 977, 19.120 və 45.439 min kVt/saat olub.

Qeyd edək ki, tikintisinə 2011-ci ildə başlanmış, Şərur rayonu ərazisində 150 milyon kubmetr su tutumlu Arpaçay su anbarının suyundan istifadə etməklə 20,5 meqavat güclü Arpaçay-1 Su Elektrik Stansiyasında tikinti-quraşdırma işləri 2013-cü ildə başa çatdırılb. Stansiyada 1100 m uzunluqlu 3,9 m diametri olan tunel qazılıb, betonlaşdırılmış, suqəbuledici qurğuda qapılar qoyulmuş, stansiya üçün bina tikilmiş, turbinlərə suyu ötürmək üçün yüksəktəzyiqli metal boru quraşdırılıb.

Stansiyada il ərzində 51 milyon kilovatsaat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub. Stansiya 2014-cü il aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti