...

Paşinyanın arqumenti Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz - XİN

Siyasət Materials 9 Yanvar 2025 17:06 (UTC +04:00)
Paşinyanın arqumenti Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş naziri Nikol Paşinyana cavab verib.

Trend xəbər verir ki, bu barədə A.Hacızadə "X" sosial media hesabında paylaşım edib.

"Maraqlıdır ki, sizin "sülhsevər hekayəniz" regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır.

Əgər Ermənistan, həqiqətən də, qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınız “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə iddialardan imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirsiniz?

Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti