...

Aktauda Azərbaycan ərazisindən yük axınını artıracaq yeni konteyner qovşağı tikiləcək

Dünya xəbərləri Materials 9 Yanvar 2025 22:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan dəmir yolu nəqliyyatı və liman infrastrukturunda genişmiqyaslı modernləşdirmə işləri həyata keçirir.

Trend Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, layihə ölkənin limanlarının ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır.

Məlumata görə, konteyner qovşağının inkişafı Qazaxıstanın beynəlxalq logistika sahəsində mövqelərini gücləndirəcək və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçən konteyner daşımalarının həcmini artırmağa imkan verəcək. Bu yenilik, eyni zamanda, Çindən gələn tranzit yüklərinin bir hissəsinin Avropaya yönləndirilməsini təmin edəcək.

Bundan əlavə, limanlarda dərinləşdirmə işləri aparılması planlaşdırılır ki, bu da onların terminal gücünü artıracaq və konteyner daşımalarını daha effektiv edəcək.

Layihənin reallaşdırılması Qazaxıstanın qlobal logistika şəbəkəsindəki strateji əhəmiyyətini daha da artıracaq.

Xəbər lenti

Xəbər lenti