...

Bir ayda 52,6 min qaçqın Suriyaya qayıdıb - Türkiyə DİN

Dünya xəbərləri Materials 9 Yanvar 2025 16:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra suriyalı qaçqınların doğma vətənlərinə qayıdış tempi kəskin şəkildə sürətlənib.

Trend xəbər verir ki, bunu nazir Cilvegözü sərhəd buraxılış məntəqəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, təkcə bir ay ərzində Suriyaya qayıtmış qaçqınların sayı 52,6 min nəfərə çatıb.

“Suriyada hakimiyyətin dəyişdiyi 8 dekabr 2024-cü ilə qədər, hər ay ölkəyə orta hesabla 11 min nəfər qayıdırdı. Bu, ötən ilin dekabr ayına qədərki 11 ayı əhatə edən məlumatlardır.

Dəməşqdə hakimiyyətin dəyişilməsindən dərhal sonra bu rəqəmlər kəskin şəkildə yüksəlib. Son ay ərzində Türkiyədən Suriyaya 52,6 min nəfər könüllü olaraq qayıtdı”, - deyə nazir bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti