...

Şirkətimiz növbəti ildə oboy istehsalının yarısını Gürcüstana ixrac edəcək - Direktor müavini (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2025 13:21 (UTC +04:00)
Şirkətimiz növbəti ildə oboy istehsalının yarısını Gürcüstana ixrac edəcək - Direktor müavini (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

"Mister Decor” şirkəti 2024-cü ildə ilk ixracını Gürcüstana edib. 2025-ci ildə oboy istehsalının 30, 2026-cı ildə isə 50 faizinin Gürcüstana ixrac etməyi planlaşdırılır.

Trend xəbər verir ki, bunu "Mister Decor” şirkətinin direktor müavini Ülvi Mahmudov jurnalistlərə açıqlamasında deyib.

Şirkətin direktor müavini bildirib ki, oboy ixracı barədə Qazaxıstan, Türkmənistan və Özbəkistan ilə danışıqlar gedir:

“Hazırda zavodda gündəlik 2500-3000 rulon oboy istehsal olunur və 30 nəfər işləyir. Onlardan əksəriyyəti yerli əhalidir və 6 nəfər xarici mütəxəssis var. İkinci avadanlıq alınıb və gəlməyi gözlənilir. Mart ayında qurulması planlaşdırılır bununla da işçi heyəti 70 nəfərə, illik rulon istehsalı isə 2 milyona çatdırılacaq”.

Onun sözlərinə görə, yeni “SPS” laminat zavodunun inşası planlaşdırılır: “Tikinti işlərinin 80 faizi yekunlaşıb və avadanlıqların gətirilməsi barədə işlər gedir”.

Ü.Mahmudov Qarabağda gedən təmir-bərpa işlərində "Mister Decor” oboylarından istifadə olunduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti