...

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 23%-dən çox artıb

İqtisadiyyat Materials 9 Yanvar 2025 15:42 (UTC +04:00)
Naxçıvanda özəlləşdirmədən daxilolmalar 23%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 2,8 milyon manata yaxın olub.

Bu barədə Trend Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, illik müqayisədə 23,5% artım qeydə alınıb.

Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti