Bakı. Trend:
Ötən il dövlət əmlakının icarəyə verilməsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 538,1 min manat vəsait daxil olub.
Bu barədə Trend Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, əvvəlkli illə müqayisədə 87,6 faiz çoxdur.
Qeyd olunub ki, 2024-cü ildə daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 147 müqavilə bağlanıb, 171 icarə müqaviləsinin müddəti uzadılıb.