Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 22,8 milyon ABŞ dolları dəyərində 14 087 ton süd və qaymaq idxal edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 347 min və ya 1,5%, həcm ifadəsində isə 2479 ton və ya 21,3% çoxdur.
Ötən ilin ilk 11 ayında süd və qaymaq idxalı ölkənin ümumi idxalının 0,12%-ni təşkil edib.
Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 214 milyon ABŞ dolları və ya 10,8% çoxdur.