...

Türkiyədən İrana mebel ixracı azalıb

Dünya xəbərləri Materials 9 Yanvar 2025 15:07 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İrana mebel ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 258 milyon 740 min 2 dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə İrana 24 milyon 603 min 18 dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 3,8 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, 7 milyard 895 milyon 355 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 709 milyon 537 min dollar məbləğində mebel ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 7 milyard 895 milyon 355 min dollar məbləğində mebel ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti