Bakı. Trend:
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin
Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində
çoxlu sayda insanın həlak olması və yaralanması ilə bağlı xəbəri
dərin kədər hissi ilə qarşıladıq.
Zati-aliləri, bu ağır faciə ilə bağlı Sizə, həlak olanların
ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca
Allahdan ölənlərə rəhmət, yaralananların tez zamanda sağalmalarını
diləyirik.
Zati-aliləri, Sizə olan böyük hörmət və ehtiramımı qəbul edin".