Bakı. Trend:
Böyük Britaniya qanunsuz yollarla ölkəyə miqrant gətirən dəstələri və bu məqsədlə istifadə edilən qayıqların və mühərriklərin istehsalçısı olan, əsasən Çin mənşəli şirkətləri hədəfə almaq üçün yeni sanksiya rejimi təsis edəcək.
Trend xəbər verir ki, hökumətin açıqlamasına görə, bu qanunlar Fransadan kiçik qayıqlarla gələn miqrantların sayını azaltmaq məqsədilə aparılan digər islahatları tamamlayacaq.
“Biz insan həyatını təhlükəyə atanlardan qazanc əldə edənləri hədəfə alacaq və onların maliyyə mənbələrini pozacağıq,” - deyə Daxili İşlər Naziri İvet Kuper bildirib.
Yeni sanksiyalar 2025-ci ilin sonuna qədər qüvvəyə minəcək. Qanunlar çərçivəsində insan alveri ilə məşğul olan şəxslərin Britaniyaya girişi qadağan ediləcək, onlarla əməkdaşlıq edənlər cəzalandırılacaq və bu şəxslərin maliyyə aktivləri dondurulacaq.