...

Rusiya üzərindən uçmaq risklidir - Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi

Dünya xəbərləri Materials 10 Yanvar 2025 01:46 (UTC +04:00)
Rusiya üzərindən uçmaq risklidir - Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Rusiya hava məkanından istifadə ilə bağlı xəbərdarlığını daha da sərtləşdirib.

Trend xəbər verir ki, agentliyin dərc etdiyi press-relizdə “şərq uzunluğunun 60-cı meridianının qərbində” yerləşən bütün Rusiya hava məkanında uçuşlardan çəkinmək tövsiyə edilir. Bu ərazilər Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Həştərxan və Şimali Qafqaz bölgələrini əhatə edir.

Xəritədə göstərilən təhlükəli zona Yekaterinburq və Tümenə yaxın ərazilərə qədər uzanır.

Bir gün əvvəl Azərbaycan Hava Yolları (AZAL) Kazana planlaşdırılan uçuşlarını təhlükəsizlik səbəbindən təxirə salmışdı. Avropa aviasiya orqanları bu qərarı dəstəkləyərək Rusiya hava məkanında uçuşların ciddi təhlükə yaratdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti