Bakı. Trend:
Məşhur milyarder İlon Mask Almaniyanın enerji siyasətində dəyişiklik edərək nüvə enerjisinə qayıtmalı olduğunu hesab edir.
Trend xəbər verir ki, Mask bu fikri Almaniya üçün Alternativ (AfD) partiyasının lideri və kanslerliyə namizəd Alis Vaydellə X-də keçirilən onlayn müzakirə zamanı səsləndirib.
“Düşünürəm ki, Almaniyanın nüvə enerjisinin payını əhəmiyyətli dərəcədə artırması düzgün addım olardı. Bu, gözəl olardı,” - deyə Mask vurğulayıb.
O, həmçinin Rusiyadan qaz nəqli kəsildikdən sonra Almaniyanın elektrik stansiyalarını bağlama qərarını “çılğınlıq” adlandırıb: “Bu, indiyə qədər gördüyüm ən inanılmaz qərarlardan biridir.”