Bakı. Trend:
İngiltərənin "Vulverhempton" klubu müdafiə xəttini Fil Dişi Sahili milli komandasının üzvü Emmanuel Aqbadunun transferi ilə gücləndirib.
Trend xəbər verir ki, Premyer Liqa təmsilçisi futbolçunu Fransanın "Reyms" klubundan 18+2 milyon avro qarşılığında transfer edib. Aqbadunun "Vulverhempton"la müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 27 yaşlı mərkəz müdafiəçisi 2022-ci ildə "Reyms"ə Belçikanın "Eypen" klubundan keçib və bu mövsüm Fransa təmsilçisinin heyətində 15 rəsmi matçda iştirak edib.