Bakı. Trend:
Kaliforniyada baş verən genişmiqyaslı yanğınların nəticəsində vurulan ziyan təxminən 50 milyard dollar dəyərində qiymətləndirilir.
Trend xəbər verir ki, bu barədə Amerikanın maliyyə nəhəngi JPMorgan Chase bankı məlumat yayıb.
Bankın hesablamalarına görə, yanğınların səbəb olduğu sığorta itkiləri 20 milyard dolları keçə bilər.
Los-Ancelesdə vəziyyət daha da gərgin olaraq dəyərləndirilib, çünki on minlərlə sakin üçün məcburi təxliyə əmri verilib. Ekspertlər bu yanğınları Kaliforniyanın tarixində ən dağıdıcı hadisələrdən biri kimi təsvir edirlər.