Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vladimir Putinlə görüşün keçiriləcəyini bildirib.
Trend xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bu gün Mar-a-Laqoda mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən, Rusiyanın prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığını bildirib.
Tramp qeyd edib ki, Putin onunla görüşmək arzusunu bildirib və tərəflər belə bir görüşə hazırlaşır. O, həmçinin Çin lideri Si Cinpin ilə üçtərəfli görüşün keçirilməsi ehtimalının nə qədər olduğu barədə suala cavab verərkən, “hələ qərar verilməyib” deyib: “Prezident Putin görüşmək istəyir. O, bunu açıq şəkildə bildirib. Biz bunu həll etməliyik”.
Tramp əlavə edib ki, yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə rəsmi seçildikdən sonra bütün məsələlər həll olunacaq.