Bakı. Trend:
"Barselona" Ansu Fatini mövsümün sonuna qədər Sevilya təmsilçisi "Betis"ə icarəyə təklif edib.
Trend xəbər verir ki, 22 yaşlı hücumçunun İspaniya Superkuboku heyətindən kənarda qalması müzakirələrə səbəb olub. Həmçinin Fatinin "Jirona" və "Valensiya"ya da təklif edildiyi barədə məlumatlar yayılıb.
Ansu Fatinin gedişi "Barselona"nın transfer qeydiyyatı ilə bağlı problemlərini həll etmək üçün Dani Olmo və Pau Viktorun heyətə əlavə edilməsinə kömək edə bilər.
Qeyd edək ki, Fati cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxsada, qol vurmağa müvəffəq olmayıb.