Bakı.Trend:
Bakı - Sumqayıt istiqamətində 4 marşrut (123, 508, 594, 595) açılıb. 508 nömrəli marşrutda BMC markalı yeni avtobuslar, 594 və 595 nömrəli marşrutlarda "Neoplan" markalı avtobuslar istismar olunur.
Trend xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
O qeyd edib ki, gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır:
"Bakı və Abşeron üzrə 22 müsabiqə keçirilmiş, 15 qalib daşıyıcı müəyyən edilib.
Koroğlu, Gənclik və 28 May metro stansiyaları yaxınlığında da Nəqliyyat Mübadilə Məntəqələri istifadəyə verilib”,- deyə o qeyd edib".