Bakı. Trend:
İslam dinini təhqir etmiş, qalmaqalları ilə tanınan Şri-Lankalı buddist rahib Qalaqodatte Qnanasar Kolombo Maqistrat məhkəməsinin qərarı ilə 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Trend xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edilir ki, o, 2016-cı ildə yerli mediaya verdiyi açıqlamada İslam dininə qarşı aşağılayıcı ifadələr işlətməkdə və dini zəminli nifrət yaymaqda təqsirli bilinib.
Azadlıqdan məhrum edilmiş buddist rahibin 2022-ci ildə Şri-Lankada kütləvi etirazlar və siyasi böhrandan sonra hakimiyyətdən getməyə məcbur qalmış keçmiş prezident Qotabaya Rajapaksanın yaxın müttəfiqi olduğu bildirilir.