...

Ötən il Azərbaycan ərazisindən 14,8 milyon ton tranzit yük daşınıb - Nazir müavini

İqtisadiyyat Materials 10 Yanvar 2025 11:01 (UTC +04:00)
Ötən il Azərbaycan ərazisindən 14,8 milyon ton tranzit yük daşınıb - Nazir müavini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il Azərbaycan ərazisi vasitəsilə 14,8 milyon ton tranzit yük daşınıb.

Trend xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmmətov deyib.

"Ötən il Azərbaycan ərazisi ilə 14,8 milyon ton tranzit yük daşınıb. Dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin həcmi rekord həddə çataraq 7,3 milyon ton olub", - o bildirib.

Qeyd edək ki, Azərbaycanda dəmir yolu nəqliyyatı ilə ötən ilin yanvar-noyabr aylarında 16,9 milyon ton yük, 7672,6 min sərnişin daşınıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,1 faiz, sərnişin daşınmasında isə 21,0 faiz artım müşahidə olunub.

Qeyd olunub ki, orta hesabla sutkada 375 vaqon yüklənmiş, 437 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti