...

Kamala Harris Kaliforniyadakı yanğınlar səbəbindən səfərini ləğv etdi

Dünya xəbərləri Materials 10 Yanvar 2025 05:54 (UTC +04:00)
Kamala Harris Kaliforniyadakı yanğınlar səbəbindən səfərini ləğv etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın vitse-prezidenti Kamala Harris 13-17 yanvar tarixlərində Sinqapur, Bəhreyn və Almaniyaya planlaşdırılan səfərini Kaliforniyada baş verən yanğınlar səbəbindən ləğv etmək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə deyilir: “Los-Ancelesdəki tarixi meşə yanğınları fonunda vitse-prezident Sinqapur, Bəhreyn və Almaniyaya qarşıdan gələn səfərini ləğv etmək qərarına gəlib."

Vitse-prezident, Kaliforniyada davam edən fövqəladə vəziyyətlə əlaqədar diqqətini yerli yardım işlərinə yönəltmək qərarını verib.

Xəbər lenti

Xəbər lenti