Bakı. Trend:
“Ederra Psixo-Nevroloji Reabilitasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bağlandığını elan edib.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, MƏHƏLLƏ 1965, BİNA 5 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, sözügedən reabilitasiya mərkəzi 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan mərkəzin qanuni təmsilçisi Abdullazadə Tural Kalam oğludur.