Bakı.Tremd:
Bakı şəhərində təxminən 2 324 parklanma məntəqəsi üzrə 20 755 parklanma yeri təşkil olunub.
Trend xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.
Sədr qeyd edib ki, parklanma yerlərinin təxminən 11%-i Mərkəz, 48%-i 1, 30%-i II, 10%-i III və 1%-i IV zonada yerləşir.
“Parklanmanın proqram təminatı və SMS vasitəsilə idarə edilməsi məqsədilə sistem istifadəyə verilmişdir. "AzParking" mobil tətbiqi istifadəyə verilmiş və parkinq ödənişlərinin yalnız nağdsız qaydada ödənilməsi imkanı yaradılmışdır. Fərdi parklanma talonlarının sistem üzərindən tam elektron şəkildə verilməsi təmin edilmişdir. Ötən dövr ərzində verilən fərdi parklanma talonlarının sayı 19242 ədəd təşkil edib", - o bildirib.
Onun sözlərinə görə, parklanma sahəsində yeni paradiqma yaradılmış və parklanma yerlərinin əlçatanlığı təmin edilib.
"Xətai bağı ətrafında və İçəri şəhər "Qoşa Qala" qapısı qarşısında piyada zonası yaradılılıb.
Şəhərin bəzi mərkəzi küçələrinin (Z.Əliyeva, T.Əliyərbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri piyadaların istifadəsinə verilməsi təmin edilir”,-deyə A. Rzayev qeyd edib.