Bakı. Trend:
2024-cü il dünyada 1,5C (selsi) qlobal istiləşmə limitinin keçdiyi ilk il olub.
Trend BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa Kopernik İqlim Xidməti məlumat yayıb.
Məlumata görə, dünya liderləri hələ on il əvvəl atmosferi çirkləndirən tullantıların ixtisarı ilə bağlı vədlər versələr də, son göstəricilər qlobal istiləşmə prosesinin artan şəkildə davam etdiyini və 2024-cü ilin dünyanın ən isti ili kimi rekorda düşdüyünü əks etdirir.