...

Azərbaycanda 300 min nəfər hazır qida ilə təmin olunacaq

İqtisadiyyat Materials 10 Yanvar 2025 10:30 (UTC +04:00)
Azərbaycanda 300 min nəfər hazır qida ilə təmin olunacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu il ərzində reabilitasiya müəssisələrində xidmətdən faydalanan şəxslərin hazır qida (keytring) təminatına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi il boyunca hazır yeməklə təmin olunacaq şəxslərin sayını və görüləcək işləri müəyyənləşdirib.

Belə ki, 12 ay ərzində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla Agentliyin tabeliyindəki reabilitasiya müəssisələrində xidmətlərdən faydalanan böyüklər üçün 279 006 nəfərlik, uşaqlar üçün isə 34 310 nəfərlik hazır yemək təminatı nəzərdə tutulub.

Artıq bununla bağlı qurum sözügedən şəxslə 3,2 milyon manat dəyərində müqavilə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti