...

Norveç qaz hasilatını 2024-cü ildə rekord həddə çatdıracaq

Dünya xəbərləri Materials 10 Yanvar 2025 03:26 (UTC +04:00)
Norveç qaz hasilatını 2024-cü ildə rekord həddə çatdıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveç Dəniz Müdirliyinin (NOD) illik icmalına əsasən, Norveç 2024-cü ildə təbii qaz hasilatını 124 milyard kubmetrə çatdıraraq yeni rekorda imza atacaq.

Trend xəbər verir ki, əvvəlki rekord 122,8 milyard kubmetrlə 2022-ci ildə qeydə alınmışdı.

Ümumilikdə, 2023-cü ildə Norveçdə karbohidrogen hasilatı 240 milyon kubmetr neft ekvivalentinə çatıb ki, bu da 2009-cu ildən bəri ən yüksək göstərici hesab olunur.

Hesabatda qeyd olunur ki, hasilatın həcmi növbəti iki-üç il ərzində sabit və yüksək səviyyədə qalacaq, lakin 2020-ci illərin sonlarına doğru tədricən azalma proqnozlaşdırılır.

Dekabrın sonunda Norveç şelfində 94 yataq istismar edilirdi, o cümlədən Şimal dənizindəki Hanz və Tyrvinq yataqları. Barents dənizində yerləşən Yohan Castberq yatağında hasilatın 2025-ci ilin birinci rübündə başlanacağı gözlənilir.

Norveçin dəniz layihələrinə investisiyaların 2025-ci ildə 267 milyard Norveç kronuna (23,4 milyard dollar) çatacağı və bunun ötən illə müqayisədə 2,5% artım təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti