Bakı. Trend:
"Mançester Yunayted" klubu hücumçu Amad Diallo ilə müqavilənin müddətini 2030-cu il iyunun 30-dək uzadıb.
Trend xəbər verir ki, 22 yaşlı ivuarlı futbolçu 2021-ci ilin yanvarında İtaliyanın “Atalanta” klubundan İngiltərə nəhənginə transfer olunub.
Müqaviləni yenilədikdən sonra Diallo açıqlamasında bildirib:
“Klubla müqaviləmi uzatmaqdan böyük qürur duyuram. Burada inanılmaz
anlar yaşadım, amma hələ qarşıda çox iş var. Mən “Mançester
Yunayted”də tarix yazmaq istəyirəm.”
Cari mövsümdə Diallo "Mançester Yunayted" heyətində 28 oyunda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.