...

Monteneqronun Çetinye şəhərindəki atışmada ölənlərin sayı 14-ə çatıb

Dünya xəbərləri Materials 10 Yanvar 2025 04:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqronun Çetinye şəhərində kafedə baş verən silahlı insident nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Monteneqronun Podqoritsadakı Kliniki Mərkəzi (KCCG) məlumat yayıb.

Mərkəzin açıqlamasına görə, 1985-ci il təvəllüdlü bir şəxs aldığı ağır xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra həyatını itirib.

Bildirilir ki, 48 yaşlı digər zərərçəkən əməliyyat olunsa da, iki gün ərzində vəziyyətində yaxşılaşma qeydə alınmışdı. Lakin qəfil vəziyyəti pisləşib, yaranan ağırlaşmalar ölümlə nəticələnib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti