Bakı. Trend:
Çin Prezidenti Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasiminə yüksək səviyyəli rəsmi göndərəcək.
Trend xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Çin nümayəndəsi mərasim çərçivəsində Donald Trampla da danışıqlar aparacaq. FT-nin məlumatına əsasən, andiçmədə ÇXR-in sədr müavini Han Çjene və ya Xarici İşlər Naziri Van İ iştirak edə bilər.
Həmçinin, mənbələr vurğulayır ki, Si Cinpin tərəfindən yüksək səviyyəli nümayəndənin göndərilməsi Vaşinqtonla münasibətlərin pozitiv bir əsasda başlaması üçün xüsusi əhəmiyyət daşıyır. FT-nin məlumatına görə, bu jest Pekin tərəfindən ABŞ-Çin əlaqələrinə verilən dəyəri əks etdirir.
Bir mənbə qeyd edib: "Çin tərəfi münasibətlərin yaxşı başlamasını təmin etmək üçün yüksək səviyyəli nümayəndə göndərməlidir."