Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, prezidentlik vəzifəsinin icrasına başladıqdan sonra ilk günlərdə ABŞ-ın bir neçə ştatında müşahidə olunan naməlum pilotsuz uçuş aparatları (PUA) ilə bağlı hesabat dərc edəcəyinə söz verib.
Trend-in
məlumatına görə, Tramp bu barədə jurnalistlərin suallarını
cavablandırarkən açıqlama verib:
“Birinci gün sizə dronlarla bağlı hesabat verəcəyəm. ABŞ prezidenti
Co Bayden administrasiyasının bu mövzu ilə bağlı məlumat verməməsi
gülüncdür.”
Tramp, indiki hakimiyyətin bu məsələ ilə bağlı susmasının
səbəbini bilmədiyini qeyd edib və əlavə edib:
“Ola bilsin ki, biz bu dronları işə salırıq və araşdırma aparırıq.
Ümid edirəm ki, bunu edən bizim düşmənlərimiz deyil.”
Tramp açıqlamasını belə tamamlayıb:
"Bunu yanvarın 21-də, andiçmə mərasimindən bir gün sonra
öyrənəcəyik. İnauqurasiya üçün mənə bir az vaxt verin, sonra sizə
hesabat təqdim edəcəyik."