...

Bakıda avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur

Cəmiyyət Materials 10 Yanvar 2025 10:26 (UTC +04:00)
Bakıda avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri bu gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.

"2022-ci ilin sentyabr 15-də gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı təxminən 1720 olduğu halda, bu göstərici 2023-cü ildə təxminən 1950 ədədə, 2024-cü ildə isə 2160-ə qədər artırılmış, marşrutların pik vaxt yüklənməsi 100%-dən aşağı salınıb. O bildirib ki, Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur", - o bildirib.

Qeyd edək ki, Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb, 2023-cü il ilə müqayisədə 28 milyon nəfər sərnişin artımı müşahidə edilib. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 marşrut yaradılmışdır.

200 avtobus təmir edilərək daşımaya qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilmişdir. Özəl daşıyıcılar tərəfindən 60 ədəd yeni avtobus gətirilmiş və bir hissəsi artıq istismara buraxılmışdır. 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti